İsrail-Fələstin münaqişəsinin tarixi dərindir ARAŞDIRMA

İsrail və Fələstin arasında fikir ayrılığı var və aralarındakı münaqişə getdikcə dərinləşməkdədir. Bu yaxınlarda yenidən ortaya çıxan və regional sülh üçün ciddi bir təhlükə yaradan gərginlik 1980-ci illərin ortalarından başlayır. Dünya liderləri tərəfləri təmkinliyə və sakitliyə çağırır. BMT rəsmisi hadisələrin "tammiqyaslı müharibə həddinə çatdığını" bildirib.

1987-ci ildə HƏMAS İordan çayının qərb sahilində və Qəzza zolağında ilk münaqişənin başlaması ilə quruldu. İki il sonra HƏMAS İsrail ordusuna ilk silahlı hücumu reallaşdırdı və iki əsgəri öldürüldü. Bundan sonra qarşıdurmalar başladı. 1993-cü ildən bəri davam edən silahlı qarşıdurmadan sonra İsrail ilə Fələstin arasında sülh üçün Oslo Sazişi imzalandı. Lakin HƏMAS müqaviləyə qarşı çıxmaq üçün İsrailə hücumlar təşkil etdi. 7 il sonra 2000-ci ildə ABŞ-da keçirilən zirvədə yenidən sülh müqaviləsi imzalamaq istəsələr də bu cəhd baş tutmadı. Fələstinlilər Şərqi Qüdsdəki Məscidi-Əqsa məscidinə İsrail əsgərlərinin daxil olmasından və burada həbslər aparmasından sonra münaqişə ikinci dəfə başlandı.

HƏMAS İsraildə intihar hücumları həyata keçirdi, 2001-ci ilin iyun ayında Təl-Əvivdəki bir gecə klubuna edilən hücumda 21 israilli, 2002-ci ilin martında isə Netanyadaki hücumda 30 yəhudi öldürüldü. 2005-ci ildə İsrail 1967-ci il müharibəsində Misirdən aldığı Qəzzadakı torpaqlardan çəkilməyə başladı və buradakı yaşayış yerlərini tərk edərək nəzarəti Fələstin rəhbərliyinə verdi. HƏMAS 25 yanvarda Fələstindəki seçkiləri qazandı. ABŞ və İsrail HƏMAS-ın şiddəti dayandırmaqdan imtina etdiyini və İsraili tanımadığını əsas gətirərək Fələstinlilərə yardımlarını kəsdilər. Gilad Şalit adlı İsrail hərbçisi HƏMAS-ın 25 İyunda təşkil etdiyi əməliyyatda girov götürüldü və 5 ildən çox həbsdə qaldıqdan sonra 18 oktyabr 2011-ci ildə məhbus dəyişdirmə razılaşması ilə sərbəst buraxıldı. HƏMAS Fələstin prezidenti Mahmud Abbasa qarşı müharibədə üstünlük qazandı. 2012-ci ildə isə İsrail HƏMAS-ın hərbi qanadının komandiri Əhməd Cabarini öldürdü. Bunun ardınca Fələstinin raket hücumlarına qarşı İsrailin hərbi hava hücumlarına başladı. 2014-cü ilin HƏMAS-ın iyul və avqust aylarında üç İsrail gəncini qaçıraraq öldürməsi nəticəsində başladılan əməliyyatlarda 2100 fələstinli və 73 israilli həyatını itirdi.

Xatırladaq ki, Ramazan ayında davam edən gərginlikdən sonra yəhudi ailələrini Şərqi Qüdsə yerləşdirmək qərarına etiraz etmək üçün toplaşanlar arasında qarşıdurma baş verdi. 10 Mayda Qəzza zolağındakı Fələstinin müqavimət qrupları İsrail polisinin nəzarət altında saxladığı Məscidül-Əqsa və Şeyx Cərrahdan çəkilmədiyini görüncə İsrailin iri şəhərlərinə raket hücumları təşkil etdilər.

Bundan sonra İsrail ordusu Qəzza zolağına qarşı "Divarların Qəyyumu" adlı hərbi əməliyyat başladıldığını elan etdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə