2020-ci ildə Covid-19 epidemiyasından sonra son zamanların ən pis turizm mövsümünü yaşayan Yunanıstanda məhdudiyyətlər azaldıldı və çimərliklər yenidən açıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq yeni qaydalar tətbiq ediləcək. Çimərlik, otel, kafe, restoran və bar kimi turizm yerlərində işləyən insanların mütəmadi olaraq maska ​​taxmaları lazımdır. Bu mövsüm Yunanıstana tətilə getmək istəyənlər bilet almadan əvvəl bir forum doldurmalı və uçuş günü hava limanının rəhbərlərinə keçən il olduğu kimi göndərilən barkod formasını göstərməlidirlər. Mayın 15-dən sonra peyvənd sertifikatı və Covid-19 testinin nəticələrinin göstərilməsi məcburidir.

Qeyd edək ki, ölkənin paytaxtı Afinada sosial məsafə qaydalarında heç bir dəyişiklik edilməyəcək. Bundan əlavə, ölkədəki bütün açıq və qapalı muzeylər bir həftə ərzində yenidən açılacaqdır. Keçən il olduğu kimi, ölkəyə daxil olan bütün xarici turistlərdən küçələrdə maska ​​taxmaları tələb olunacaq. Turistlər yalnız yemək yeyərkən və ya çimərlikdə maskalarını çıxara biləcəklər. Yunanıstandakı turizm gəlirləri ölkənin ümumi daxili məhsulunun yüzdə 20-ni təşkil edir. Bir çox yunan siyasətçisi bu yay mövsümünün də 2020-ci il kimi getsə, ölkə iqtisadiyyatına ciddi ziyan dəyəcəyinə inanır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə