Qırğızıstan prezidenti Sadır Caparov 29 apreldə Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada ölən 31 nəfərin xatirəsinə bu gündən etibarən iki günlük milli matəm elan etdi.
SİA xəbər verir ki, Qırğızıstan Prezidentinin Mətbuat xidməti tərəfindən edilən açıqlamada Prezident Caparovun 1-2 Mayda qarşıdurmada ölənlərin xatirəsinə milli matəm elan edilməsinə dair qərarı təsdiqlədiyi ifadə edildi. Əvvəlki gün Qırğızıstan-Tacikistan sərhədindəki su paylama şəbəkəsinə nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada Qırğızıstan tərəfində ölənlərin sayı 31, yaralananların sayı isə 134 idi. Fövqəladə Hallar Nazirliyi Qırğızıstan tərəfində 21 evdə, 10 yanacaqdoldurma məntəqəsində, bir məktəbdə, 2 kafedə, 8 ərzaq mağazasında, sərhəd məntəqəsində, yanğından xilasetmə məntəqəsində yanğın baş verdiyini bildirdi. Hadisədən sonra edilən ilk açıqlamalarda Tacikistan doqquz, Qırğızıstan isə dörd nəfərin öldüyünü açıqladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB