Avropa Birliyi "Sputnik V" peyvəndinə qarşıdır - Yeni məqamlar ortaya çıxdı

Rusiyadan istehsal etdiyi “Sputnik V” koronavirus peyvəndinin, Covid-19dan yüzdə 97,6 nisbətində ən çox qoruyan aşı olduğu iddia edilib. Bu barədə peyvəndi hazırlayan Rusiya Gamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutundan bildirilib. İnstitut, Rusiyada peyvəndin, aşılanmayanlara qarşı hər iki Sputnik V dozası alanlarla müqayisədə yüzdə 97,6 qoruma təmin etdiyini bildirdi.

Tədqiqatla bağlı elmi məqalənin gələn ay yayımlanacağı açıqlanıb.

“Sputnik V”nin 3 milyard əhalisi olan 60 ölkədən təsdiq aldığını bildirən açıqlamada, sözügedən peyvəndin dünyanın səhiyyə orqanlarının lisenziyalı ikinci peyvəndi olduğu da bildirildi.

“The Lancet” elmi jurnalında yayımlanan məlumatlara görə, peyvəndin yüzdə 91,6 təsirli olduğu açıqlandı.

Digər tərəfdən, Avropa Birliyinin hələ “Sputnik V”i qeydiyyatdan keçirməməsi gündəmdə olmayan bir mövzudur.

Avropa Birliyi və Rusiya arasındakı diplomatik gərginlik, aşılama siyasətinə də sirayət etdi, Kreml Avropa Birliyinin “Sputnik V”ə qarşı qaralama kampaniyası aparmaqda günahlandırıb. Rusiya Xarici İşlər Nazirinin müavini Alexander Gruşko parlamentdəki bir çıxışında, Avropa İttifaqı da peyvəndin istifadəsinin qarşısını almaq üçün cəhdlərin olduğunu və bu hərəkətlərin "tamamilə siyasi" olduğunu müdafiə etdi.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə