Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyənin keçmiş baş naziri Yıldırım Akbulutun vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. SİA xəbər verir ki, Ersin Tatar mesajda bunları deyib: "Türkiyə Prezident Adminstarsiyası Yüksək Məşvərət Şurasının üzvü və keçmişdə daxili işlər naziri, Baş nazir və Türkiyə Böyük Millət Məclisinin sədri olaraq, mühüm vəzifələrdə olan, dəyərli dövlət adamı Yıldırım Akbulutun vəfatını böyük bir üzüntü ilə öyrənmiş oldum. Milli Kipr davamıza böyük xidmətləri və töhfələri olan Yıldırım Akbuluta Tanrıdan rəhmət, ailəsinə və yaxınlarına öz adımdan və Kipr Türk xalqı adından başsağlığı diləyirəm".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə