Ersin Tatar Kipr probleminin həlli yollarını açıqladı

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyə Vəkillər Birliyi (TBB) və Kipr Beynəlxalq Universiteti (CIU) tərəfindən onlayn olaraq düzənlənən "Şimali Kipr Türk Cümhuriyyəti dünən, bu gün və sabah" adlı yığıncağa qatılıb. SİA xəbər verir ki, Kiprdə və Şərqi Aralıq dənizində şərtlərin əvvəlkilərdən fərqli olduğunu bildirən Ersin Tatar bunları deyib: "Beynəlxalq maraqlarımıza xələl gətirmədən mövqeyimizi qorumaq vətən borcudur. İndi federasiya geridə qalıb. Yunanların anladığı federasiya ilə bizim başa düşdüyümüz federasiya arasında ortaqlıq yoxdur".

Kiprdə yalnız iki suveren və müstəqil dövlətin iş birliyi ilə bir razılaşma ola biləcəyini vurğulayan Tatar: "ŞKTC-nin razılığı, kiprli yunanların razılığı qədər vacibdir. Bu səbəbdən, təsdiq etmiriksə, heç bir razılaşma olmaz", deyə bildirib və əlavə edib: "Biz ayrı bir dövlətik, biz ayrı bir xalqıq. Kiprdə federasiya qalmayıb. Bundan sonra iki dövlətli bir həll prosesinə doğru gedilməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...