Ermənistanda virusdan ölənlərin sayı 3 190-a yüksəlib

Ermənistanda son sutkada daha 283 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 171 793-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 190-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 809 nəfərdir. İndiyədək 163 309 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 481 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə