Türkiyədə son sutkada 5642 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 137 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 210 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 5 642 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 435 247 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 6 682 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 314 403 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə