Sərnişin təyyarəsi lazer silahı ilə vurulub ŞOK İDDİA

Malayziyadan Çinin paytaxtı Pekinə uçan və göyərtəsində 239 sərnişinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı xəbər dünyanın diqqətini yenə cənub-şərqi Asiyanın bu ölkəsinə cəmləyib. Söhbət 2014-cü ildə 14 ölkənin vətəndaşı olan "Boeing 777" tipli təyyarənin qəzaya uğramasından gedir.

Təxminən 40 dəqiqədən sonra radardan itən təyyarənin sirri açılmamış bu təyyarə qəzasının nədən baş verdiyi barədə yeni iddialar yayılıb. Xəbərlərdən biri də budur ki, həmin təyyarə sınaqdan çıxarılan lazer silahı ilə vurulub...

Araşdırmaçı jurnalist Florence de Changy "İtkin Aktı" kitabında təyyarənin Vyetnam yaxınlığında gizli bir əməliyyatda vurulduğunu yazıb. Fransız jurnalistin kitabındakı ən diqqətçəkən detal MH370 sərnişin təyyarəsinin yeni lazer silahı ilə vurulduğu iddiasıdır. Təyyarənin itdiyi gün yeni bir lazer silah sisteminin sınaqdan keçirildiyini bildirən jurnalist MH370-in vurulmasının səhvən lazer silahı ilə vurulduğunu qeyd edib.

Kitabda MH370 bort nömrəli təyyarənin pilotu Zahari Əhməd Şahın dostu Peter Çonqun ifadələri də yer alıb. Çonq uçuş heyətinin vurulma zamanı yerlə yaratdığı əlaqələrə qəzanı tədqiq edənlərin əhəmiyyət verməmələri diqqət çəkib. Tayland körfəzinə düşən və sonra hissələri sudan çıxarılan təyyarədə lazer silahından açılan atəşin izi olduğunu və buna bilərəkdən diqqət yetirilməməsi şübhələri bir az da artırır.

ABŞ mütəxəssisləri tərəfindən irəli sürülən "intihar" nəzəriyyəsi isə o qədər də inandırıcı görünmür. Çünki, araşdırmalar pilotun psixoloji və maddi problemlərinin olmadığı ortaya çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə