Braziliyada göyərtəsində futbolçuların olduğu təyyarə qəzaya uğrayıb

Braziliyanın Tokantis ştatında təyyarə qəzaya uğrayıb. SİA -nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb. Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan "Palmas" klubunun 4 futbolçusu və klub prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə