Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Türkiyədə Rusiyanın "Sputnik V" vaksininin istehsalı başlayacaq.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb.

İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza "Sputnik V" vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.

İstehsal olunan məhsul həm Türkiyə bazarına, həm də digər ölkələrə tədarük ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə