Gürcüstanda daha 1 550 nəfər koronavirusa yoluxub, 15 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 1 550 yeni yoluxma halı qeydə alınıb, 494 nəfər sağalıb, 15 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 249 465 təşkil edir. Onların 235 130-u sağalıb, 2 973-ü isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 11 336 nəfərdir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə