Rusiyada son sutkada koronavirusdan 500-ə yaxın insan ölüb

Rusiyada son bir gündə daha 27 543 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 215 533 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 496 nəfər artaraq 38 558-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 712 174 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə