Türkiyədə daha 15 nəfər virusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 1 min 183 yeni yoluxma faktı qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 15 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 min 873, yoluxanlar isə 243 min 180 nəfərə çatıb.

Türkiyədə indiyədək 226 min 155 xəstə sağalaraq evə buraxılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə