Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 710 min nəfəri keçib.

SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 6 635 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 713 936 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 11 017 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 489 068 nəfər virusdan sağalıb, 213 851 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə