Son sutkada Pakistanda COVID-19 koronavirusuna 4 min 133 nəfər yoluxub

Son sutkada Pakistanda COVID-19 koronavirusuna 4 min 133 nəfər yoluxub, xəstələrin sayı 213 min 470 nəfər olub.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, son gündə ölkədə 91 xəstə ölüb və bununla da dünyasını dəyişənlərin sayı 4 min 395 nəfərə çatıb.

Son 24 saatda 2 min 299 xəstə sağalıb.

Qeyd edilir ki, xəstəxanalarda hazırda 108 min 273 nəfər var. 2 min 741 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə