Rusiyalı iş adamının koronavirusla mübarizə fonduna yardımı KİV-də yayıldı

Rusiyalı iş adamının koronavirusla mübarizə fonduna yardımı KİV-də yayıldı

Nisanov Azərbaycanda COVID-19-a qarşı mübarizə fonduna 1 milyon dollardan çox pul göndərib. SİA xəbər verir ki, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanovun Azərbaycandakı Koronavirusla Mübarizə Fonduna 2 milyon manat (1.179 milyon dollar) köçürduyu barədə RİA Novosti agentliyi də məlumat yayılıb.

Agentliyin məlumatında qeyd olunur ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Koronavirusla Mübarizə Fondu təsis edilib. Qeyd olunur ki, fondun büdcəsi, dövlət yardımları və ayırmaları, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri, habelə digər mənbələr hesabına formalaşır.
Məlumatda o da nəzərə çatdırılır ki, Moskvadakı ən böyük ticarət daşınmaz əmlakının sahiblərindən biri olan "Forbes" in verdiyi məlumata görə, 40 nəfər ən zəngin ruslar arasında yer alan “Kiyevskaya Ploşad”ın şərikli sahibi olan Nisanovun adı fonda vəsait ayıranların siyahısındadır/

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə