Koronavirusa pişiklərin də yoluxduğu müəyyənləşdirildi

Alimlər pişiklərin koronavirusa yoluxduğunu müəyyənləşdiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu araşdırma “bioRxiv” nəşri tərəfindən yayımlanıb.

Nəşrdə qeyd olunur ki, çinli alimlər pişiklərin koronavirus xəstəliyini keçirə biləcəyini müəyyənləşdiriblər.
Uhan Virusologiya İnstitutu və Huazhun Kənd Təsərrüfatı Universitetinin alimləri araşdırdıqları pişiklərin 15% -nin SARS-CoV-2 virusunun daşıyıcıları olduğunu müəyyən ediblər. İddia edilir ki, ev heyvanları Uhanda epidemiyanın yayıldığı zaman yoluxublar.

Alimlər bu kimi hadisənin digər ölkələrdə də baş verə biləcəyini irəli sürüblər.

Eyni zamanda, virusun daşıyıcılarının pişiklərin insanlara yoluxdura biləcəyi hələ tam aydın deyil. Oxşar faktlar hələ bildirilməyib.

Xatırladaq ki, dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində naməlum pnevmoniya növü haqqında məlumat verib. COVID-19-un törədicisi yeni koronavirus SARS-CoV-2 olub. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.
Son hesablamalara görə, dünyada demək olar ki, 1,1 milyon insan yoluxub, 58 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə