Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyonu keçdi - STATİSTİKA

Dünyada yeni növ koronavirusa (Covid-19) yoluxanlarının sayı 1 milyon 100 min nəfəri keçib. SİA-nın məlumatına görə, "Covid-19"-un aşkar edildiyi ölkələrdə yeni yoluxmalar haqqında məlumatların tərtib edildiyi "Worldometer" saytındakı məlumata görə, dünyada ümumi yoluxmaların sayı 1 milyon 117 min 942 nəfərə çatıb.

Ən çox yoluxma aşkar edilən ölkə 277 min 475 nəfərlə ABŞ, sonra İtaliya 119 min 827, İspaniya 119 min 199 nəfər, 91 min 159 yoluxma sayı ilə Almaniya olub.

Xəstəliyin ortaya çıxdığı Çində isə 81 min 639 hadisə qeydə alınıb.

Yoluxma sayları 10 mini aşan ölkələr isə belə sıralanıb: Fransa (82 min 165), İran (53 min 183), İngiltərə (38 min 168), Türkiyə (20 min 921), İsveçrə (19 min 606), Belçika (16 min 770) Hollandiya (15 min 723), Kanada (12 min 549), Avstriya (11 min 524) və Cənubi Koreya (10 min 156).

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Hubey əyalətinin Vuhan şəhərində meydana gələn "Covid-19" epidemiyası təxminən 200 ölkə və bölgəyə yayılaraq pandemiyaya çevrilib. Epidemiya səbəbi ilə dünyada 59 min 201 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...