Pakistanda 94 nəfər yeni növ koronavirusa yoluxub. SİA-nın verdiyi xəbərə görə, bu barədə RİA “Novosti” “Dawn” nəşrinə istinadən məlumat yayıb. Ən çox yoluxma hadisəsi (76 nəfər) Sindh əyalətində qeydə alınıb. Bəlucistan əyalətində 10, Gilgit-Baltistan əyalətində 5, federal paytaxt ərazisində 2, Pəncabda isə 1 yoluxma halı baş verib. Senator Murtaza Vahabın dediyinə görə, Sindh əyalətində yoluxanların sayı İrana səfər etdikdən sonra əyalətə gələn şəxslərdə təhlillər aparıldıqdan sonra kəskin artıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB