İran Rusiyadan kömək istəyib

“İran koronavirusla mübarizədə bütün dost ölkələrin, o cümlədən Rusiyanın köməyinə inanır”. SİA RenTv-yə istinadən xəbər verir ki, bunu ölkənin Moskvadakı səfiri Kazem Cəlali deyib.

"Biz bütün ölkələrdən, o cümlədən dost ölkələrdən və həmfikir insanlarımızdan gələn humanitar yardımları alqışlayırıq", deyə səfir bildirib.

Xatırladaq ki, dekabr ayının sonlarında Çində yeni bir koronavirusun yaratdığı pnevmoniya xəstəliyi qeydə alınıb. Epidemiya 12 milyon əhalisi olan Uhan şəhərini öz cənginə alıb.

Ümumdünya Səhiyyə Təşkilatı bunu beynəlxalq miqyasda təcili vəziyyət olaraq tanıyıb. Virus Çindən kənarda, Rusiya da daxil olmaqla 70-dən çox ölkədə aşkarlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə