Putin Merkelə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Hanau bölgəsində baş verən atışma nəticəsində 9 nəfərin ölümü ilə əlaqədar Almaniya kansleri Angela Merkelə başsağlığı verib. Kremlin açıqlamasında deyilir: "Vladimir Putin Almaniyanın Hanau şəhərində baş verən atışma nəticəsində ölənlər ilə əlaqədar Angela Merkelə başsağlığı verib".

Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində 9 nəfər ölüb, onlardan 5-i Türkiyə vətəndaşıdır.

Qətl ideoloji zəminində törədilib. Şübhəli şəxs ultra-sağçı ideologiyanın tərəfdarı olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə