Danışıqlar üçüncü ölkələr olmadan keçiriləcək

Fevralın 26-da üçüncü ölkələrin iştirakı olmadan siyasi danışıqlar aparılacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Hassan Salam Cenevrədə keçirdiyi brifinqdə deyib.

"Görüşlər Berlində, Münhendə və indi də Romada olacaq. Həqiqətən də danışıqların vaxtıdır. Bu, bir həftə əvvəl Qahirədə 28 mütəxəssisin üçüncü ölkələr olmadan görüşdüyü iqtisadi yola da, hazırkı hərbi danışıqlara da aiddir", deyə Hassan Salam bildirib.
Xatırladırıq ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya vahid bir dövlət olaraq fəaliyyətini dayandırıb. Artıq ölkədə ikihakimiyyətlilik hökm sürür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə