İŞİD terror təşkilatının cəllad “komandiri” Türkiyənin Bursa şəhərində həbs olunub

İŞİD terror təşkilatının Əbu Taki Əl Şahmy kod adlı "komandiri" Türkiyənin Bursa şəhərində həbs olunub. SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A Bursa Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib. Qeyd edək ki, "Əbu Taki Əl Şahmy" kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində qondarma "komandir" olaraq fəaliyyət göstərib və o, İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə