Tallinndə mövcud olan trolleybus xətləri ləğv olunacaq

2035-ci ilədək Estoniyanın paytaxtı Tallinndəki bütün növ ictimai nəqliyyatlar elektrik enerjisi ilə işləyən nəqliyyatlarla əvəz olunacaq. Sərnişinlərə yalnız elektrik avtobusları və tramvaylar xidmət göstərəcək. Bu səbəbdən də ölkədə trolleybus xətləri ləğv olunacaq.

SİA yerli mətbuata istinadən xəbər verir ki, bu dəyişikliklər ictimai nəqliyyatın ekoloji təmizliyini artırmaq məqsədilə Tallinnin qəbul etdiyi kurs çərçivəsində reallaşacaq.

Birinci mərhələdə 2025-ci ilədək dizel yanacağından imtina prosesi gerçəkləşəcək.

Bunun üçün şəhər rəhbərliyi qaz mühərriki ilə çalışan 350 avtobusun alınmasına dair saziş imzalayıb ki, onlardan da 100-ü artıq bu il xəttə buraxılacaq.

Qarşıdakı on il ərzində trolleybusların şəhər küçələrində fəaliyyəti tədricən dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə