Manisada iki zəlzələ oldu

Türkiyənin Manisa əyalətinin Akhisar rayonunda 4,3 və 4,8 bal gücündə zəlzələ baş verib. SİA Türk mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (AFAD) saytında yer alan məlumata görə, 4,3 bal gücündə zəlzələ yerli vaxtla saat 19:47-də, eyni ərazidə 4,8 bal gücündə ikinci zəlzələ isə saat 20:55-də qeydə alınıb.

Qeyd edək ki, hər iki zəlzələ faktının yerin 7 klometr derinliklərində baş veridyi bildirilib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə