Ukraynada “Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları keçirilib

Ukraynada “Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları keçirilib

Ukraynanın bir çox şəhərlərində “Ştaynmayer formulu”na qarşı etiraz aksiyaları keçirilib. AZƏRTAC xəbər verir ki, mitinq Kiyev, Dnepr, Xarkov, Lvov, Odessa, Poltava, Vinnitsa, Krivoy Roq, Zaporojya və digər yaşayış məntəqələrində təşkil olunub. Aksiyaçılar hesab edir ki, “Ştaynmayer formulu” Ukraynanın milli maraqlarına cavab vermir və sənəddən imtina edilməlidir.

Kiyevin mərkəzində aksiyaya 2 mindən çox insan qoşulub. Hazırda etiraz aksiyaları bəzi şəhərlərdə davam edir. Aksiyaların davamlı olacağı bildirilir.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə