Perunun cənubunda baş vermiş yol qəzasında 10 nəfər ölüb

Perunun cənubunda baş vermiş yol qəzasında 10 nəfər ölüb

Perunun cənubunda baş vermiş yol qəzasında 10 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Peruda sərnişin və yük daşınması nəqliyyatına nəzarət xidməti bildirib.

Məlumata görə, avtobus 100 metr yüksəklikdən uçuruma düşüb. Faciə Kusko bölgəsinin bir hissəsi olan Kispikançi əyalətində baş verib.

Polis və xilasedicilər hadisə yerinə cəlb olunub və hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə