Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Həştərxan vilayətinin Axtubinsk şəhərinə səfər edib.
SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd aviasiya texnikası və perspektiv silahlanmanın seriya nümunələri ilə tanış olmaq, həmçinin Həştərxan vilayətinin sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirmək olub.
Səfərin ən maraqlı məqamı şəhərə yaxınlaşan zaman prezident təyyarəsini 6 ədəd SU-57 təyyarəsi müşayiət etməsi olub. Onlar prezident təyyarəsini yerə enərkən sağ tərəfdən müşayiət ediblər. Həmin müasir qırıcı təyyarələr səmaya V.P.Çkalov adına Dövlət yay-təlim mərkəzindən qalxıblar.
Qeyd edək ki, bu mərkəz Rusiya Federasiyasının Hava-kosmik qüvvələrinin ən iri sınaq mərkəzidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB