Terrorçular hərbçilərə hücum edib

Terrorçular hərbçilərə hücum edib

Türkiyə-İran sərhədində yerləşən İğdır əyalətinin Dilucu rayonunda hərbçilərə terror hücumu nəticəsində 1 hərbçi həlak olub, 1-yaralanıb. SİA “Haber7”yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarından bildirilib.

Mayın 10-da səhər saatlarında iki ölkə arasındakı sərhədin Dilucu bölgəsində hərbçilərə əldəqayırma partlayıcı ilə hücum olub. Türkiyənin təhlükəsizlik qüvvələri bölgədə antiterror əməliyyatı keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə