Çavuşoğlu: “Tək qalsaq belə, Fələstin xalqının işini müdafiə etməkdə davam edəcəyik”

Çavuşoğlu: “Tək qalsaq belə, Fələstin xalqının işini müdafiə etməkdə davam edəcəyik”

Türkiyənin “Anadolu” dövlət informasiya agentliyinin Qəzza sektorundakı ofisi İsrail hərbçilərinin hücumuna məruz qalıb.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu özünün Twitter səhifəsində bildirib. Nazir bu barədə daha sonra yazıb: “Anadolu ofisinə hücum İsrailin qarşısıalınmaz təcavüzünün nəticəsidir. Onun günahsız insanlara qarşı zor tətbiq etməsi insanlığa qarşı cinayətdir. İsraili müdafiə edənlər də günahkardırlar. Bu məsələdə tək qalsaq belə, Fələstin xalqının işini müdafiə etməkdə davam edəcəyik”.

Qeyd edək ki, Fələstin tərəfi şənbə günü Qəzza sektorundan İsrailin cənubundakı yaşayış məntəqlərinə 200 raket zərbəsi endirib. İsrail tərəfi isə cavabında Qəzza sektorundakı Fələstin ordusunun 30-dan çox mövqeyinə aviasiya zərbələri endirib.

İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib ki, bütün zərbələr yalnız hərbi obyektlərə yönəlib. O, qarşı tərəfi İsrailin dinc sakinlərini atəşə tutmaqda ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə