Finlandiyanın Baş naziri Yuha Sipilanın başçılıq etdiyi hökumət istefa verib. SİA-nın məlumatına görə, ölkə prezidenti Sauli Niiniste hökumətin istefasını qəbul edib.
Qeyd olunur ki, hökumət sosial təminat və səhiyyə sistemində islahatlarla bağlı razılığa gələ bilmədiyi üçün istefaya yollanıb.
Prezident gələn ay keçiriləcək parlament seçkilərinədək Yuha Sipila hökumətinə vəzifələrini icra etmək tapşırığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB