Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb

Ukraynada keçirilən “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərdə Su-27UB qırıcı təyyarəsi qəzaya uğrayıb. Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, hadisə Vinnitsa vilayətinin Xmelnik məntəqəsi yaxınlığında baş verib. Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub. Onlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin, digəri isə ABŞ Hava Qüvvələri Milli Qvardiyasının hərbçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə