Yanacaqdoldurma məntəqəsində partlayış

Yanacaqdoldurma məntəqəsində partlayış
Qanada yanacaqdoldurma məntəqəsi partlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 nəfər həlak olub, 45 nəfər isə yaralanıb. Məlumata əsasən, yaralananlardan 35-i xəstəxanalardadır, 4-nün vəziyyəti ağırdır. Partlayışdan sonra başlayan yanğında 20 avtomobil yararsız vəziyyətə düşüb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə