"Türkiyə Qətərdə hərbi varlığını davam etdirəcək"

"Qətər böhranına baxmayaraq, Türkiyə bu ölkədə hərbi varlığını davam etdirəcək." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş deyib.

"Türkiyənin Qətərdə hərbi bazası tək bu ölkənin deyil, regionun təhlükəsizliyi üçündür. Türkiyənin bu ölkədəki hərbi varlığını siyasiləşdirmək yanlışdır", - Qurtulmuş qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə