Gürcüstanda 4 əcnəbi alpinistin meyiti tapıldı

Gürcüstanda 4 əcnəbi alpinistin meyiti tapıldı

Gürcüstanın Svaneti vilayətində Uşba dağında xilasedicilər 4 əcnəbi alpinistin meyitini aşkar ediblər. Bu barədə xəbəri "Novosti-Qruziya" agentliyi Gürcüstanın fövqəladə hallar idarəsinə istinadən xəbər verib. Məlumatda qeyd olunur ki, ölən alpinistlərdən 2-si İsrail, 1-i Rusiya, digəri isə Estoniya vətəndaşıdır. Bildirilir ki, alpinistlər yarğana düşüb və orada ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə