Ruapexu vulkanı təhlükəsi ZELLANDİYADA

Ruapexu vulkanı təhlükəsi ZELLANDİYADA

Yeni Zellandiya hökuməti turistlərə xəbərdarlıq edərək bildirib ki, yaxın saatlarda Ruapexu vulkanı püskürə bilər və sözügedən təbii hadisə kifayət qədər təhlükələlərə səbəb olmaq gücündədir. SİA "Guardian"a istinadən xəbər verir ki, vulkan məşhur "Üzüklərin hökmdarı" filmi çəkilən milli təbiət parkının ərazisində püskürəcək. Sonuncu dəfə yandırıcı lava 2007-ci ildə püskürüb.

Seysmoloqlar da öz növbələrində turistləri xəbərdarlıq edərək deyiblər ki, budəfəki püskürmədə daha çox vulkanik qaz havaya yayılacaq ki, insanların kraterə yaxınlaşması məqsədəuyğun deyil.

Aaparılan araşdırmalardan bəlli olub ki, Ruapex vulkanının kraterinə yaxın göldə aprelin ortalarından başlayaraq suyun hərarəti 25 dərəcədən 46 dərəcəyədək yüksəlib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə