Xristian kilsələri arasında tarixi görüş baş tutacaq

Xristian kilsələri arasında tarixi görüş baş tutacaq

Katoliklərin lideri Papa Francis və Rusiya Pravoslav kilsəsinin lideri Patriarx Kiril gələn həftə Kubada görüşəcək. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Vatikan və Rusiya Pravoslav kilsələrindən verilən açıqlamada bildirilib ki, Papa Francis və Patriarx Kiril 12 fevral tarixində Kubada görüş keçirəcək.

Görüş zamanı tərəflər gələcək əlaqələri ilə bağlı ümumi bəyannamə imzalayacaq.

Məlumatda vurğulanıb ki, bu görüş iki kilsənin gələcəkdəki əlaqələri ilə bağlı yeni bir səhifə olacaq. Görüşdə əsas mövzu xristianlara edilən əziyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə