Şimali İraqa 150 komando, 25 tank daxil oldu

Şimali İraqa 150 komando, 25 tank daxil oldu

Türk əsgərinin hələ də terror təşkilatı İŞİD-in idarəsində olan İraqın Mosul şəhərinə keçdiyi xəbəri böyük həyəcanın yaşanmasına səbəb olub. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, 150 komando və 25 tankın "vəzifə dəyişməsi" çərçivəsində Mosul yaxınlarındakı Başika düşərgəsinə getdiyi bildirilib.

Sərhədi tanklarla birlikdə keçən komandolar Mosulun şimalında Türkiyə sərhədinə yaxın ərazilərdə İŞİD əleyhdarı müxalifləri öyrətmək üçün bölgədə olan Türk taborunda vəzifə dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə