İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziya sahillərində, Yava adasının yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.

Rusiya saytları xəbər verir ki, zəlzələnin ocağı təxminən 59 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.

İndoneziyada zəlzələlər tez-tez baş verir. Belə ki, 2006-ci ilin mayında Yava sahillərində 5,9 bal gücündə baş verən yeraltı təkan 6,5 mindən çox sakinin həyatına son qoymuşdu və tikililərin 80 faizini məhv etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə