Çində 29 adamın öldürüldüyü qanlı qatar hücumundan iki həftə keçməmiş yeni bir bıçaqlı hücum şoku yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin cənubundakı Hunan əyalətində bazarda baş verən hücum zamanı 5 nəfər ölüb, 1 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Çin rəsmi mətbuatının yerli qaynaqlara söykənərək verdiyi xəbərə görə, əyalətin paytaxtı Çangşada bıçaqlı bir qrupun hücumu nəticəsində 5 nəfər həyatını itirib.
Polisin hadisə yerində bir nəfəri öldürdüyü, bir nəfəri nəzarətə aldığı bildirilir. Həmçinin, digər şübhəlilərin isə qaçdığı qeyd edilir.
Səlahiyyətlilər şübhəlilərin şəxsiyyəti ilə bağlı hələ heç bir şərh verməyib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB