İsrail İrana atəş açmağa tələsmir

İsrail Prezidenti Şimon Peres İran Prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib.

SİA-nın məlumatına görə, mətbuat konfransı keçirən Ş.Peres deyib: "Mənim düşmənim yoxdur. İranı da düşmən saymıram".

O, vurğulayıb ki, İsrailin məqsədi düşmənləri dosta çevirməkdir.

Ş.Peres Yasir Ərəfatı nümunə göstərərək siyasətini dəyişdirən mərhum Fələstin lideri ilə danışıqlar masasına oturmağı qəbul etdiklərini xatırladıb: "Heç şübhəsiz ki, biz İranın nüvə probleminin diplomatik yolla həllinə üstünlük veririk. Biz atəş açmağa tələsmirik, iqtisadi və siyasi təzyiqə üstünlük veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...