Prezident kliniki olaraq ölüb

Ötən ay infarkt keçirdikdən sonra Almaniyanın paytaxtı Berlində müalicə alan İraq prezidenti Cəlal Tələbaninin kliniki ölüm keçirdiyi iddia edilib. SİA-nın verdiyi xəbərə görə, Fransanın "Le Figaro" qəzeti kürd mənbələrə əsaslanaraq verdiyi xəbərdə 79 yaşlı Tələbaninin kliniki ölüm keçirdiyini yazıb. Qəzetdə həkimlərin Talabani üçün dediyi: "Talibani xəstəxanamıza gətiriləndə yaxşılaşa bilməyəcək qədər xəstə idi" kəlimələri də qeyd olunub.

Lakin iddialar rəsmi olaraq hələ təsdiqlənməyib.

Qeyd edək ki, Cəlal Tələbani üç həftə əvvəl infarkt keçirdikdən sonra müalicə üçün Almaniyaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə