Yunanıstandakı seçkilər Avropanı böhrandan çıxarır

Yunanıstanda keçirilən seçki fonunda Avropa iqtisadiyyatında müsbət yöndə dəyişiklik qeydə alınıb. SİA-nın məlumatına görə, Yunanıstandakı seçkilərin ardından Avropa birjalarında artım qeydə alınıb. Bəzi iqtisadçıların verdiyi proqnozlara görə, qitə iqtisadiyyatında artım qeydə alınmalıdır. Müəyyən mənada səslənən proqnozlar özünü doğruldub. Belə ki, Avropa birjalarında 1 faizlik artım qeydə alınıb. Qeyd edək ki, Frankfurt, Paris, London birjalarında 1,3 faizlik artım olub. Bundan başqa ciddi iqtisadi tənəzüllə üz-üzə olan İspaniya birjalarında da 2 faizə qədər artım qeydə alınıb. Avropalı investorlar qeyd edib ki, qitə birjalarında qeydə alınan bu artım müvəqqəti xarakterlidir. Avropada davam edən iqtisadi böhran daha İspaniya və İtaliya üçün təhlükə yarada bilər. Digər tərəfdən isə avro bu ay ərzində dollar qarşısında 0,5 faiz dəyər qazanıb.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə