ABŞ-da "Uoll Striti işğal et" hərəkatının növbəti aksiyası keçirilib

ABŞ-ın Nyu-York ştatında "Uoll Striti işğal et" hərəkatının növbəti icazəsiz etiraz aksiyaları keçirilib. Ölkə siyasətini bəyənməyən fəallar sentyabr ayının 17-də başlayan hərəkatın 3-cü ayını qeyd etmək üçün Nyu-York şəhərinin Manhetten rayonuna yığışıblar.


Ötən ay Zukkotti bağından qovulan etirazçılar bu dəfə etiraz aksiyasını Duarte bağı ətrafında keçiriblər. Etirazçıların sözlərinə görə, Nyu Yorkda ictimai asayişi pozmadan mitinqlər keçirmək üçün meydan çoxdur.


Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, qadağan olunmuş şəxsi ərazilərə girməyə çalışan 50-dən çox adam həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə