ABŞ məhkəməsi İranı 11 sentyabr hadisəsində təqsirli bilib

ABŞ-ın Manhettenin dairə məhkəməsi 2001-ci il 11 sentyabr terror aktları ilə əlaqədar İran hökumətinin təqdirli bilinməsi barədə qərar çıxarıb. Bu barədə məlumatı "The New York Times" yazıb. Belə ki, məhkəmə bu qərarı təqsirləndirilən şəxslərin İranın terrorçulara kömək etməsi barədə ifadələrinə əsasən qəbul edib. İttiham edilənlər arasında İranın Ali dini lideri Ayətulla Əli Xamneyinin də adı çəkilib. Terrorçulara kömək etməkdə ittiham edilənlər arasında "Taliban", "Hizbullah" qruplaşması,"Əl Qaidə"nin də adı var.

İddiaçıların sözlərinə görə, İran rəhbərliyi ABŞ-la mübarizədə "Əl Qaidə" ilə birlikdə fəaliyyət göstərib. Onların sözlərinə görə, iranlı rəsmilərlə qrup arasında əlaqəni 2008-ci ildə öldürülmüş "Hizbullah"ın səhra komandiri İmad Muqniya təmin edib.

Qeyd edək ki, bundan öncə İran prezidenti mahmud Əhmədinejad 11 sentyabr hadisələrini "əl Qaidə"nin təşkil etdiyinə inanmadığını bildirmişdi. O, bunun arxasında ABŞ-ın özünün dayandığını iddia edirdi.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə