Hüseyn Təntavi də misirliləri sakitləşdirə bilmədi

Misir hərbi hökumətin idarəçiliyini mülki hakimiyyətə gələn ilin iyul ayınadək təhvil verəcəyinə söz verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələr Ali Şurasının başçısı Məhəmməd Təntavi bu barədə qərara ötən axşam, ölkədə baş qaldıran böhranla bağlı müxtəlif siyasi qruplarla müzakirələrdən sonra gəlindiyini deyib. Təntavi onu da əlavə edib ki, o, baş nazir Esaam Şərəfin istefasını qəbul edib və rəsmilər parlament seçkilərinin noyabr ayının 28-də, prezident seçkilərinin isə 2012-ci il iyul ayınadək keçiriləcəyi qərarına gəlib.

Misirin paytaxt Qahirədə keçirilən çoxminli etiraz aksiyasının iştirakçıları isə Silahlı Qüvvələrin Ali Şurasının rəhbəri, feldmarşal Hüseyn Təntavinin ötən axşamkı bəyanatını rədd edib. Nümayişçilər bütün tələbləri yerinə yetirilmədən Qahirənin baş meydanını tərk etməyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə