İngiltərə millisi Dünya Çempionatının 1/16 finalında Konqo Demokratik Respublikasına qarşı gözlənilmədən çətin sınaqla üzləşdi.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, erkən qol buraxan komanda uzun müddət hesabı bərabərləşdirə bilməsə də, kapitan Harri Keyn həlledici anda məsuliyyəti üzərinə götürdü. O, 75-ci dəqiqədə baş zərbəsi ilə hesabı bərabərləşdirdi, 86-cı dəqiqədə isə uzaq məsafədən vurduğu möhtəşəm qolla İngiltərəyə 2:1 hesablı qələbə qazandırdı.
Böyük futbolçular ən vacib məqamlarda fərq yaradır və Keyn bu xüsusiyyətini növbəti dəfə nümayiş etdirdi. O, təkcə qolçu deyil, həm də komandasını arxasınca aparan lider kimi çıxış edərək İngiltərəni turnirdə saxladı. Məhz buna görə də o, hazırda dünyanın ən güclü hücumçularından biri hesab olunur.
Harri Keynin sabit oyun nümayiş etdirməsi və həlledici oyunlardakı performansı onu "Qızıl top" mükafatının əsas namizədlərindən birinə çevirir. Əgər İngiltərə Dünya Çempionatında uğurlu yürüşünü davam etdirərsə, kapitanın fərdi mükafata sahib çıxmaq şansı daha da artacaq.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel də matçdan sonra Keynin instinktini "akula instinkti"nə bənzədərək, onun ən vacib anlarda həmişə doğru mövqedə olduğunu və məhz belə futbolçuların böyük turnirlərin taleyini həll etdiyini bildirib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB