Uqanda Ebola virusuna görə bu ölkə ilə sərhədi bağladı

Uqanda Ebola virusunun yayılma riskini azaltmaq məqsədilə Konqo Demokratik Respublikası (KDR) ilə sərhədi müvəqqəti bağlayıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. Məlumatda qərarın dərhal qüvvəyə mindiyi vurğulanıb. Epidemiyaya müdaxilə qrupları, humanitar əməliyyatlar, ərzaq və yük daşınması, həmçinin təhlükəsizlik xidməti əməkdaşları üçün sərhəd açıqdır.

Bildirilib ki, ölkəyə giriş-çıxış edən bütün şəxslər ciddi tibbi nəzarətdən keçəcək və ehtimal olunan yerləşmə ünvanını göstərən anketləri dolduracaqlar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə