İran ballistik raket istehsalına yenidən başlayıb

İran ABŞ və İsrailin kütləvi təcavüzündən sonra ballistik raketlərin, hücum dronlarının və digər əsas silahların istehsalını tez bir zamanda bərpa edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrail kəşfiyyatının məlumatına görə, İranın hərbi potensialı gözləniləndən xeyli sürətlə bərpa olunur. Daha əvvəl Qərb müttəfiqləri ölkənin hərbi-sənaye kompleksinin faktiki olaraq məhv edildiyini iddia edirdilər.

Yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, Tehran artıq sağ qalan komponentlərdən istifadə edərək "kritik" sistemlərin məhdud istehsalını bərpa edib və istehsal xətlərini bərpa edib.

Buraya yeni ballistik raketlərin, buraxılış qurğularının, zenit raketlərinin və dronların istehsalı daxildir. İran həmçinin döyüşlər zamanı bağlanmış tunellərdə qalan raketlərə və buraxılış qurğularına xidmətə qayıdır.

ABŞ rəsmiləri bildiriblər ki, İran artıq ABŞ kəşfiyyatının əvvəllər proqnozlaşdırdığı "bütün bərpa müddətlərini aşıb".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə